Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Müdafiə naziri ordunun döyüşə hazırlığını yoxlayır – FOTO

Sentyabr 09
18:16 2015

Nazir müvafiq göstərişlər verib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən şəxsi heyətin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini, onların hazırlıq səviyyəsini yoxlayıb.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, Hərbi oyunların ssenarisinə əsasən müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Hərbi oyunlar davam edir.

📷

telim5 telim6 telim7 telim8 telim9 telim10 telim11 telim1 telim2 telim4

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər