Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Nardaranda avtomobildən partlayıcı qurğu aşkarlanıb

Yanvar 28
17:48 2016

Nardaranda növbəti əməliyyat – avtomobildə partlayıcı qurğu aşkarlandı.

Nardaran qəsəbəsinə avtomobillə partlayıcı qurğular keçirməyə cəhd edən şəxs yaxalanıb.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, Nardaran qəsəbəsi sakini Elğün Hüseynovun “Vaz” markalı avromobilinə baxış keçirilərkən avtomobildən 6 ədəd kustar üsulla hazırlanan “molotov kokteyl” qurğusu aşkar edilib.

Hadisə Nardaran qəsəbəsi Ş.Tuti küçəsi, 71-də baş verib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyyat keçirib. Avtomobil sahibi E.Hüseynov Kürdaxanı qəsəbəsində saxlanılıb. Onun üzərindən 7 ədəd 9 mm patron götürülüb.

Sabunçu rayon Polis İdarəsi Trend-ə faktı təsdiqləyib.

Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)

Digər xəbərlər