Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

NATO Dağlıq Qarabağda keçirilən “seçki”ləri tanımayıb

May 05
13:38 2015

“NATO ötәn gün Dağlıq Qarabağda keçirilәn “seçki”lәrin nәticәlәrinin Dağlıq Qarabağın hüquqi statusuna tәsir edәcәyini vә ya Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәlli prosesinin nәticәsini әvvәlcәdәn müәyyәn edәcәyini qәbul etmir”.

“Sələf Xəbər”in Lent.az-a istinadən mәlumatına görә, bu barәdә NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay özünün “Facebook” sәhifәsindә yazıb.

“NATO ATӘT-in Minsk qrupunun seçki ilә bağlı bәyanatını dәstәklәyir. Biz Minsk qrupu çərçivəsində Azәrbaycan vә Ermәnistan prezidentlәri arasında dialoqun tez bir zamanda davam edәcәyini gözlәyirik”, – C. Appaturay qeyd edib.

Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)

“Haqq – Allahın Məhəmməd Peyğəmbərə nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdu. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər