Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Novruz Məmmədov: “Biz gələcək danışıqlara görə Vyanada razılaşdıq”

May 18
15:54 2016

“Biz Vyana görüşündə gələcək danışıqları davam etdirmək üçün atəşkəs rejimini möhkəmləndirməyə razılıq vermişik”.

“Sələf Xəbər”in məlumatına görə, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-ə açıqlamasında bildirib ki, əsas odur bundan sonra atəşkəsə riayət olunsun, təxribat hərəkətləri olmasın və biz iyun ayında danışıqlar prosesinə başlayaq.

PA rəsmisinin həmsədrlərin yaydığı bəyanatda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirməsi ilə bağlı fikrə münasibəti belə olub:

“Anjey Kasprşikin səlahiyyətində çox böyük dəyişiklik ola bilməz. Orada yazılanlar Minsk Qrupunun mövqeyidir, biz bununla bağlı öhdəlik götürməmişik”.

Ermənistan prezidentinin müsahibəsində dediklərinə gəlincə, Novruz Məmmədov bildirib ki, Ermənistan tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını BMT TŞ-nın qəbul etdiyi qətnamələrə uyğun olaraq azad etməlidir:

“Bunu nə qədər tez etsə, onlar üçün də yaxşı olacaq”.

Sələf Xəbər: Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!

Digər xəbərlər