Novruz Məmmədov: “Əgər kiçik müsəlman ölkəsisənsə…”
İyun 19
16:06
2015
792 dəfə baxılıb
“Hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə məruz qalırsansa, deməli ölkə düzgün yolla irəliləyir”.
Əgər kiçik müsəlman ölkəsisənsə, zənginsənsə milli və dövlətçilik maraqlarını qorumaq çox çətin olur.
“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb.
PA rəsmisi bildirib ki, müstəqil xarici siyasət həyata keçirmək istəyirsənsə, bu, qeyri-mümkün olur.
N.Məmmədov qeyd edib ki, amma hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə və hücumlara məruz qalırsansa, deməli ölkə düzgün yolla irəliləyir.
Sələf Xəbər: Xalqımıza bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!