Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Pakistan ermənilərin qanunsuz seçkilərini pisləyən bəyanat verib

Mart 30
18:17 2015

Pakistan İslam Respublikası Senatının müdafiə komitəsi Azərbaycan ilə Dağlıq Qarabağ məsələsində həmrəyliyini bildirən və ermənilərin saxta “seçkilərini” tanımayan bəyanat verib.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, səfirlikdən bildiriblər ki, bəyanatda, Pakistan Senatının Müdafiə komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 3 may, 2015 tarixində separatçı rejim tərəfindən qondarma “parlamentə” keçirilməsi nəzərdə tutulan qanunsuz seçkiləri qəti şəkildə pisləndiyi bildirilmişdir.

Bəyanatda qeyd olunub ki, Azərbaycan ilə dost və qardaşlıq münasibətlərdə olan Pakistan hökuməti və xalqı Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstəkləyir və həmrəyliyini bildirir: “Ermənıstanın qanunsuz işğalını tam pisləyir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən, işğalı pisləyən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin icra olunmasını tam dəstəkləyir. Qanunun aliliyi təmin edilməli, işğal dayandırılmalıdır”.

Bəyanatda, eyni zamanda, vurğulanıb ki, Pakistanın bütün əyalətlərinin və əsas siyasi partiyalarının təmsil olunduğu senatın müdafiə komitəsi bütün Azərbaycan xalqı, xüsusi ilə də işğal olunmuş ərazilərdən olan azərbaycanlılar ilə həmrəy olduğunu bir daha bildirir, “zorun aliliyi” prinsipini qəbul etməyərək beynəlxalq hüquq, BMT-nin nizamnaməsi və qəbul edilmiş qətnamələr əsasında münaqişənin sülh yolu və ümumbəşəri ədalət normaları əsasında həll edilməsini dəstəkləyir.

Sələf Xəbər: Uca Allahdan ölkəmizə kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər