Pakistan prezidenti: “Azərbaycan “JF-17 Thunder” qırıcıları alacaq”
1. 159 dəfə baxılıb
Pakistan prezidenti Məmnun Hüseyn Bakıya səfərinin yekunlarına dair hesabat verib.
Prezident Məmnun Hüseyn Azərbaycan və Nigeriyanın Pakistanın hərbi istehsalında, o cümlədən də modernləşdirilmiş JF-17 qırıcılarına maraqlı olduğunu bildirib.
“Azərbaycan və Nigeriya tezliklə Pakistan məmulatlarının alıcısı olacaq”, – deyə prezident bunu Ravalpindidə Pakistanın Ticarət-sənaye palatasının nümayəndə heyəti ilə görüşdə bildirib.
“Sələf Xəbər” bu barədə Oxu.Az-a istinadən xəbər verir.
O, Nigeriyanın Pakistanın hərbi istehsalat məmulatlarını, o cümlədən də “JF-17 Thunder” və Mashaq təyyarələrini almaqda maraqlı olduğunu bildirib.
Bu yaxınlarda Azərbaycana səfərinə istinad edərək, prezident iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə etdiyini bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”.(Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)