Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Putin: “Ərdoğan bütün Avropanı təmsil etdi”

İyun 13
15:47 2015

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə dövlət başçısı Azərbaycanda danışıqlar aparmaq üçün təkbətək görüşüblər.

“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, görüş bağlı qapılar arxasında keçib. Mətbuata ancaq görüşün əvvəlində beş dəqiqə çəkiliş aparmağa icazə verilib.

Jurnalistlər qarşısında çıxış edən liderlər Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi ilə bağlı təəssüratlarını bölüşüblər. Ərdoğanın Avropa İttifaqından heç bir ölkə liderinin açılışa qatılmaması ilə bağlı səsləndirdiyi fikirlərə Putindən maraqlı cavab gəlib.

“Türkiyə Avropa İttifaqına daxil olmaq istəyən namizəd kimi, bütün Avropa İttifaqını təmsil etdi”, – deyə Putin gülərək cavab verib.

Digər xəbərlər