“Qarabağ münaqişəsi Avropa Şurasında ciddi səylə araşdırılmağa başlanılıb”
796 dəfə baxılıb
“Avropa Şurası Dağlıq Qarabağ münaqişəsini yenidən yerində araşdırmaqda maraqlıdır”.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, bunu açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
S. Seyidov qeyd edib ki, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volter martın 12-13-də Azərbaycana faktaraşdırıcı səfəri də məhz bu ciddi səylərin əsasında həyata keçirilir: “Nə qədər ermənilər buna qarşı çıxsalar da, əngəlləməyə çalışsalar da Dağlıq Qarabağ münaqişəsi Avropa Şurasında yeni ciddi səylə araşdırılmağa başlanılıb, gündəmə gətirilib”.
S. Seyidov qeyd edib ki, qurum problemi yenidən yerində araşdırmaqda maraqlıdır.
Qeyd edək ki, AŞPA Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volter martın 12-13-də Azərbaycana faktaraşdırıcı səfər edəcək.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımıza Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın dediyi kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)
Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!