Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qırıcılarımız təlim uçuşlarında – FOTO

Sentyabr 02
17:26 2015

Azərbaycan və Türkiyə hərbi təyyarələrinin təlim uçuşları davam edir.

“TurAz Qartalı – 2015” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.

“Sələf Xəbər” ANS PRESS-ə istinadən bildirir ki, Müdafiə Nazirliyi Mətbuat mərkəzindən daxil olan məlumata görə, təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələri müştərək əməliyyatların planlaşdırılaraq keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, hava məkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.

Ötən ay Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri “TurAz Qartalı – 2015” adlı birgə taktiki təlimlərə başlayıb.

📷

c996c760fdc1 bbd1a4af6cfc

Sələf Xəbər: Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) daş atmağı qadağan etmiş və buyurmuşdur: “(Atılan) daş nə ovu öldürər, nə də düşməni məhv edər. Ancaq göz çıxarar və ya diş sındırar”. (Müslim)

Bu hədisin təfsiri olaraq, XX əsrin böyük islam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) demişdir:  “Bu hədisdən belə nəticəyə gəlirik ki, biz düşmənlə, ona zərər yetirməyən silahlar vasitəsilə vuruşmamalıyıq. Çünki bu ağılsızlıqdır və həlaka səbəb ola bilər. Əksinə, onlarda olan və ya ondan daha yaxşı silahla döyüşmək lazımdır, çünki Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Şəriətə gəldikdə isə, şəriətdə buna dəlil – Müdriklərin ən Müdriki olan Allahın hikmətli ayələridir. Axı Allah, Məkkədə ikən müsəlmanlara vuruşmağı, cihad etməyi əmr etmədi, buna icazə vermədi. Yalnız onlar Mədinəyə köçdükdən və güc topladıqdan, dövlət qurduqdan sonra icazə verdi. Odur ki, insan, belə işlərə əl atmazdan əvvəl fikirləşməli, götür-qoy etməlidir. Düşünməlidir ki, nəticə necə olacaq, fayda gətirəcək, yoxsa zərər?” (Bax: “Şərh Büluğul-Məram)

Digər xəbərlər