Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qurban bayramı namazının vaxtı açıqlandı

Sentyabr 22
17:26 2015

Bayram namazı sentyabrın 24-də səhər saat 09:00-da ölkə üzrə məscidlərdə qılınacaqdır.

“Sələf Xəbər” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, Qurban bayramı namazı sentyabrın 24-də səhər saat 09:00-da ölkə üzrə məscidlərdə qılınacaqdır.

Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən məscidlərdə – İlahiyyat, Qaraçuxur, Müşfiqabad, Ceyranbatan, Mehdiabad və Qala məscidlərində bayram namazı səhər saat 8:00 – 9:00 arasında qılınacaqdır.

Müsəlmanların ildə iki bayramı vardır, Ramazan və Qurban bayramı. Qurban bayramı zül-hiccə ayının onuncu günü qeyd edilir. Bu gündə həcc mərasimini yerinə yetirən hacılar Minaya gəlib cəmərat adlı yerə daş atdıqdan sonra saçlarını qırxır, Kəbə evini təvaf edir, qurbanlarını kəsirlər. Zülhiccənin 11, 12 və 13- cü günlərində hacılar gündə bir dəfə cəmərata daş atmaqla bu üç gündə dincəlir və Allahı zikr edirlər. Beləliklə onların həcci başa çatmış hesab olunur.

Bayram günü çimmək, təmizlənmək, gözəl libasını geyinmək, evdən erkən vaxtda çıxıb Allahı zikr edə-edə məscidə gəlmək, bayram namazını qılmaq, namazdan sonra bayram moizəsini dinləmək, sonra ətrafındakı müsəlmanların bayramını təbrik etmək, daha sonra qurban kəsdirmək bu günün ədəb-ərkanlarına daxildir.

“Sələf Xəbər” redaksiyası qarşıdakı gözəl günlərdə sizə müvəffəqiyyət arzu edir.

Digər xəbərlər