Ramazan bayramı – TƏTİL NEÇƏ GÜN OLACAQ?
5. 897 dəfə baxılıb
Bu il Azərbaycanda Ramazan bayramı ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən 2014-cü il noyabrın 21-də “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edilib.
Qərara əsasən, 17 və 18 iyul tarixləri Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. İyulun 18-i şənbə gününə təsadüf etdiyindən 5 günlük iş rejimi ilə işləyən müəssisələrdə iyulun 20-si – bazar ertəsi günü də qeyri-iş günü olacaq.
Sələf Xəbər: Xatırladaq ki, İslamda 2 müqəddəs bayram var – 3 gün davam edən Qurban bayramı və müqəddəs Ramazan ayının bitməsi ilə başlayan Ramazan bayramı.
Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət edəndə, Mədinə sakinlərinin oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. “Bu günlər nədir?” – deyə soruşduqda, onlar: “Cahiliyyət dövründə bu iki gündə oynayardıq…” – dedilər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun), buyurdu: “…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları”. (Əbu Davud)