Rəsmi Bakının Rusiyaya mesajı
İyul 07
14:32
2015
755 dəfə baxılıb
“Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, bu qəbildən olan silah-sursat Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşdirilməməlidir”.
“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev silah-sursat alınması və hərbi modernizasiya ilə bağlı Rusiya tərəfindən Ermənistana 200 milyon dollar məbləğində güzəştli kredit ayrılmasına münasibət bildirərkən deyib.
H. Hacıyevin sözlərinə görə, hazırda bu məsələ Azərbaycan tərəfindən araşdırılır.
“İşğal olunmuş ərazilərdə beynəlxalq hüquqa zidd olaraq, bu kimi silah-sursatın yerləşdirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərər yetirə bilər”, – deyə XİN sözçüsü qeyd edib.
Sələf Xəbər: Uca Allahdan xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!