Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Səfir: “Mərakeş Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir”

İyul 31
17:44 2015

Həsən Hami tədbirdə çıxış edib.

“Mərakeş Krallığı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir”.

“Sələf Xəbər”in Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bunu Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami Mərakeş Kralı VI Məhəmmədin taxta çıxmasının 16-cı ili münasibətilə təşkil edilmiş tədbirdə deyib.

“Ölkələrimiz biri-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Mərakeş Krallığı Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir”, – deyə səfir bildirib.

Hər iki ölkənin bir-birini beynəlxalq müstəvidə dəstəklədiyini qeyd edən səfir həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini vurğulayıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də qardaşdırlar”. (Qurani-Kərim, “Hucurat” surəsi, 10-cu ayə)

Digər xəbərlər