Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Şəhidlər məscidi istifadəyə veriləcək

Yanvar 19
17:00 2016

“Türkiyə Dəyanət İşləri Vəqfi tərəfindən tikilən və yenidən təmir işlərinə bağlanan Şəhidlər məscidi yaxın zamanlarda yenidən istifadəyə veriləcək”.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, bunları Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) nümayəndəsi bildirib. Məsciddəki təmir işlərini BŞİH-i həyata keçirir. İş icraçısının sözlərinə görə, onlar ibadət evinin daxilində və minarələrində təmir işi ilə məşğuldurlar.

Qeyd edək ki, 28 iyun 1996-cı ildən ibadətə açılan məscid 2008-ci ildən təmirə bağlansa da uzun müddət orada heç bir iş görülməyib.

Sələf Xəbər: Allah-Təala məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah buyurur: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)

Digər xəbərlər