Səudiyyə Ərəbistanı məcburi köçkünlərə yardım göndərib
1. 311 dəfə baxılıb
“Keçən illərdə olduğu kimi, Səudiyyə Ərəbistanı Krallığı “Qurban Əti İstifadəsi” layihəsi çərçivəsində azərbaycanlı məcburi köçkünlərə 37300 kq həcmində qurban əti yardımı göndərib”.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, İslam İnkişaf Bankı xətti ilə ölkəyə çatdırılan yardım, aprelin 24-də Azərbaycan hökumət nümayəndələrinə təhvil verilib.
Qeyd edilən layihə Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində ehtiyacı olan insanlara qardaşlıq yardımı çərçivəsində həyata keçirilir. Belə ki, Krallıq ən böyük donor ölkə və beynəlxalq inkişafın əsas tərəfdaşı hesab olunur. Ayrılan yardımların ümumdaxili məhsuldakı faiz nisbətinə görə Krallıq dünyada ən qabaqcıl ölkədir. Bu yardımlar ölkə ÜDM-un 1,5 faizini təşkil edir. Bundan əlavə Krallıq humanitar aksiyaların maliyyələşdirilməsi üçün xeyriyyə yardımlarına görə son illər dünya dövlətlərinin ön sırasındadır. Krallığın son otuz il ərzində ayırdığı yardım, kredit və dotasiyaların həcmi 100 milyard dollara çatıb. Bildirildiyinə görə, bu yardımlardan dünyanın 75 dövləti faydalanıb ki, onların əksəriyyəti müsəlman ölkəsidir. Bütün bunlar, ələlxüsus İslam dünyasında genişmiqyaslı inkişaf və yoxsulluğa qarşı mübarizə uğrunda Krallığın göstərdiyi səylərdir.
Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə)