Şeyx Qamət Süleyman Nardaran hadisəsini pislədi: “Kənar qüvvələrin təsiri görünür”
1. 949 dəfə baxılıb
Dünən Nardaran kəndində radikal dindarlarla polis arasında qarşıdurma olub. Qarşıdurma zamanı 2 polis əməkdaşı və 4 nəfər dindar ölüb.
Nardarandakı qarşıdurmanı “Əbu Bəkr” məscidinin imamı Şeyx Qamət Süleyman da şərh edib.
“Sələf Xəbər”in Modern.az-a istinadən məlumatına görə, o,açıqlamasında deyib ki, hakimiyyətə qarşı hər hansı hadisənin törədilməsi yolverilməzdir.
“Nardaranda baş verən hadisələrə mövqeyimiz budur ki, hakimiyyətə qarşı çıxmaq olmaz. Hakimiyyət nümayəndələrinə xəsarət yetirmək, hər hansısa formada zərər vermək yanlış addımdır. Bu cür hadisələrin hər bir növünü pisləyirik. Belə addımları heç vaxt dəstəkləməmişik”.
Hacı Qamət Nardaran hadisələrində dini kəsimin bu dərəcədə arxayın olmasında kənar qüvvələrin təsirinin olması fikrinə də toxunub.
“Nardaran hadisələrində kənar qüvvələrin müdaxiləsi də mümkün ola bilər. Görünür, onlar nəyəsə arxayındırlar. Bu, istisna edilmir. Çünki hakimiyyətə qarşı təkbaşına mübarizə aparmaq asan deyil. Bunların arxasında hansısa güclü tərəflər dayanmalıdır ki, qarışıqlıq yaratmağa qoşulan adamlar belə addım ata bilsinlər. Ola bilər ki, həm daxildə, həm də xaricdə Nardaran hadisələrinə rəvac verənlər olsun”.
Hacı Qamət Nardaranda baş verənlərin İranmeylli qüvvələrlə əlaqələrin olmasına da münasibət bildirib.
“Nardaranda baş verən hadisələr İranmeylli qüvvələrin olmasını göstərir. Çünki dünənki hadisə şiə məzhəbinin tərəfdarları tərəfindən törədilib. Dəqiq nəsə deyə bilməsəm də, ehtimallar onu deməyə əsas verir”.
Sələf Xəbər: Mərhum şeyx Əbdüləziz ibn Bəz (Allah ona rəhmət etsin) demişdir: “Mən, nümayişlərdə iştirak etməyi hər hansı problemlərin həlli kimi münasib üsul hesab etmirəm. Əksinə, mən, bu nümayişləri bir qisim insanlarda fitnəyə, şərə, nifrətin alovlanmasına, digərlərinin isə haqlarının pozulmasına səbəb kimi görürəm. (Rəhbərə nəsihətin) şəri üsulları – şəriətə müvafiq həyata keçirilən yazışma, yaxşıya dəvət və mehribancasına nəsihətlərdir. Bu üsulları islam alimləri, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri və səmimi qəlblə onların ardınca gedənlər izah etmişdir. Bu üsullar, deyildiyi kimi, ictimaiyyət qarşısında rəhbərə qarşı hər hansı ittihamlar irəli sürmədən, onunla yazışma, söhbət və münasibətləri saxlamaqdan ibarətdir. Köməyi isə Allahdan istəmək lazımdır”. (“Müsəlman ilahiyyatçılarının müasirliyin çağırışlarına cavabları”, Fəsil 3)
Müsəlmanlar öz dövlət başçısının idarəetmə və hakimiyyətini tanımalıdır. Rəhbərin hakimiyyətini tanımayan kəs ona qarşı səmimi deyildir. Axı insan onu öz rəhbəri kimi qəbul etmirsə, onda ona tabe olmayacaq və onun qadağa etdiyi şeylərdən çəkinməyəcəkdir.
Müsəlman öz rəhbərinin yaxşı hərəkətləri haqqında danışmalı və bunu insanların arasında yaymalıdır, çünki rəhbər haqqında gözəl danışmaq onu sevməyi sövq edir, bu da öz növbəsndə xalq və dövlət başçısı arasinda olan bağlılığı gücləndirir, islam cəmiyyətində birlik və bərabərlik mühiti yaradır.
Uca Allahdan bütün müsəlman rəhbərlərini düz yolda olmalarını və onları İslam üzərində sabit etməyini diləyirik. Eləcədə, müsəlmanları qan tökməkdən və anarxiyadan qorumasını və onları rəhbərlərinin ətrafında haqq üzərində birlik və bərabərlik içində olmasını uca Allahdan diləyirik. AMİN!