Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Şeyx Qamət Süleymandan QMİ sədri Hacı Allahşükür Paşazadənin tələbinə – CAVAB

İyun 06
16:56 2015

“Əgər həmin dini icmalara radikallar toplaşırsa, onları sıxmaq lazımdır. Ancaq mən bildiyim qədər Azərbaycanda radikal fikirli adamların dini icması yoxdur. İstənilən halda onların əl-qolunun genişlənməsinə, sərbəst fəaliyyətinə imkan vermək olmaz. Çünki bunun sonrakı dövrdə daha ağır fəsadları meydana çıxar”.

“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında Əbubəkr məscidinin imamı, sələfilərin lideri Qamət Süleymanov Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin qeyri-ənənəvi dini icmalarla bağlı çağırışına münasibət bildirərkən deyib. Hacı Qamətin fikrincə, Şamaxı, Qobustan və Zaqatalanın bəzi kəndlərindəki məscidlərdə qanunsuz dini icmalar fəaliyyət göstərirsə, məsələ araşdırılmalıdır.

Onun sözlərinə görə, Azərbaycanda son aylarda Suriya və İraqda döyüşməyə gedənlərin sayında kəskin azalma müşahidə olunur:

“Bunun da səbəbi var. Türkiyə sərhədlərini bağlayıb, nəzarəti gücləndirib, gedənlərin qarşısı alınır, tutulur. Bu baxımdan Azərbaycandan qanunsuz silahlı qruplara qoşulanların da getməsi çətinləşib. Amma yenə də gedənlər var və radikalizm hər zaman olub. Bu, dünyanın bəlasıdır və Azərbaycanda da var. Sadəcə, onların aktiv və passiv dövrləri olur. Yəni qabarma-çəkilmə vaxtı var. Bəzən qüvvətlənirlər, bəzən zəifləyirlər. Hər halda, Dini Komitənin məscidlərdə radikal adamların dini icmalar yaratdığından xəbəri varsa, aydınlaşdırsın”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Zaqatala, Şamaxı və Qobustan rayonlarının bir neçə iri kəndlərinin məscidlərində formalaşan dini icmaları özbaşınalıqda, qanunsuz fəaliyyətdə və başqa dairələrə xidmət etməkdə ittiham edib. Şeyxülislam Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qarşısında həmin icmaların fəaliyyətinin dayandırılması barədə məsələ qaldırıb.

A.Paşazadə QMİ-də keçirilən tədbirdə komitə sədri Mübariz Qurbanlıya müraciət edib. A.Paşazadə qeyd edib ki, Zaqatalanın Uzuntala kəndi başda olmaqla 4 kəndində, Şamaxının 1 və Qobustanın 1 kəndində yerləşən məscidlərdəki dini icmalar qanunsuz fəaliyyət göstərir, qeydiyyatdan keçməyiblər və QMİ ilə heç bir əməkdaşlıq etmirlər:

“Bizə bildirirlər ki, başqa yerə tabedirlər. Əgər sən bu ölkədə yaşayırsansa, necə başqa yerə tabe ola bilərsən?! Onların fəaliyyəti nə Azərbaycan qanunlarına, nə də dini normalara uyğundur. Ona görə də biz Dövlət Komitəsi qarşısında bu icmaların fəaliyyətinin dərhal dayandırılması məsələsini qaldırırıq”.

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Digər xəbərlər