Sloveniya Dağlıq Qarabağda keçirilən “seçki”lәri tanımır
1. 908 dəfə baxılıb
“Bu prosedur Dağlıq Qarabağın gәlәcәk hüquqi statusunu әvvәlcәdәn müәyyәnlәşdirә vә danışıqlar prosesinә tәsir edә bilmәz”.
“Bir daha tәkrarlayırıq ki, Sloveniya Dağlıq Qarabağda keçirildiyi deyilәn “parlament seçkilәri”nin hüquqi çәrçivәsini tanımır”.
“Sələf Xəbər”in APA-ya istinadən mәlumatına görә, bu barәdә Sloveniya Xarici İşlәr Nazirliyinin qondarma rejimin Dağlıq Qarabağda tәşkil etdiyi “parlament seçkilәri” ilə bağlı bəyanatında bildirilir.
Sloveniya XİN bəyan edib ki, bu prosedur Dağlıq Qarabağın gәlәcәk hüquqi statusunu әvvәlcәdәn müәyyәnlәşdirә vә danışıqlar prosesinә tәsir edә bilmәz: “Sloveniya XİN ATӘT-in Minsk qrupunun vә onun hәmsәdrlәrinin status-kvonu aradan qaldırmaq vә danışıqlar prosesindә nailiyyәt әldә etmәk istiqamәtindәki sәylәrini dәstәklәyir”.
Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)
“Haqq – Allahın Məhəmməd Peyğəmbərə nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdur. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)