Sumqayıt dindarları İlham Əliyevə (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) müraciət etdilər – FOTO
1. 282 dəfə baxılıb
“Bəzi məmurlar bizi məscidə buraxmırlar”.
Sumqayıt şəhərində yaşayan əhli-sünnə məzhəbindən olan bir qrup ağsaqqal prezident İlham Əliyevə (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) müraciət edib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, müraciətdə Sumqayıtda əhli-sünnə camaatına məscidlərdə ibadət etməyə izacə verilmədiyi bildirilir.
Müraciətdə qeyd olunur ki, bəzi məmurlar əhlü-sənnə camaatının Sumqayıt şəhərindəki məscidlərdə ibadət etmələrinə imkan vermirlər. Dindarlar hesab edirlər ki, bəzi gənclərin təkfirçiliyə meyl etməsi məhz əhli-sünnə camaatına məscidlərdə ibadət etməsinə imkan verilməməsi ilə əlaqədardır.
Dindarlar müraciətlərində İlham Əliyevi dəstəklədiklərini bildirərək, problemlərinin həll olunması üçün prezidentdən kömək istəyiblər.
Həmin müraciətin fotosunu da təqdim edirik:
Sələf Xəbər: Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) buyurmuşdur: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi”. (“Cümə xütbələrinin toplusu”)