Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Suriyaya getmək istəyən azərbaycanlılar saxlanılıb

Aprel 18
18:35 2015

Bu barədə Türkiyənin Qaziantəp meriyası xəbər yayıb.

Türkiyə ərazisindən Suriyaya getmək istəyən azərbaycanlılar saxlanılıb.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Qaziantəp meriyası xəbər yayıb.

Xəbərdə bildirilir ki, Qaziantəp polisi tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan 4 nəfərin Suriyaya getmək üçün müəyyən hazırlıqlar gördüyü, qeyri-qanuni yollarla sərhədi keçməyə çalışdıqları öyrənilib.

Qaziantəp rayon polis idarəsi qrupu tərəfindən saxlanılan M.M., R.B., A.V. və M.K. adlı şəxslərin barəsində deportasiya qərarı çıxarılaraq əcnəbi vətəndaşarla bağlı iş aparan polis idarəsinə təhvil verilib.

Xatırladaq ki, iki həftə əvvəl də Qaziantəpdə oxşar hadisə baş vermiş və burada da Suriyaya keçmək istəyən azərbaycanlı vətəndaşlarlar saxlanılmışdı.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər