Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türkiyə prezidenti Bakıya gələcək

İyun 09
13:22 2015

“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcək.

“Ərdoğan bu həftənin sonunda Bakıda olacaq” – deyə Türkiyə prezidentinin mətbuat xidmətinin təmsilçisi bildirib.

Yada salaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da dövlət başçısı Vladimir Putinin bu həftənin sonunda Bakıya gələcəyini açıqlayıb. Bundan əvvəl Ərdoğana zəng vuran Putin Türkiyədəki seçkilərdə AKP-nin birinci olması münasibəti ilə onu təbrik edib. Telefon söhbəti zamanı tərəflər Bakıda görüşmək və ikitərəfli münasibətlərə dair danışıqlar aparmaq barədə razılığa gəliblər.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)

“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər”. (Bax:“Təfsir Əs-Saadi”)

Digər xəbərlər