Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar Qarabağın azad edilməsi haqqında danışdı
Oktyabr 30
14:41
2015
853 dəfə baxılıb
“Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması üçün lazım olan hər şey ediləcək”.
“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar bildirib.
Qərargah rəisi bildirib ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir.
“Torpaqlarımızın 20%-i hələ də erməni işğalı altındadır. Torpaqların işğaldan azad edilməsi üçün Türkiyə ilə Azərbaycan müştərək addımlar atacaqmı” sualını H. Akar belə cavablandırıb: “Hər şey çox gözəl olacaq. Buna əmin olun. Əlimizdən nə gəlirsə, mütləq edəcəyik”.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar”. (Müslim, Buxari)