Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 14 azərbaycanlı yaxalanıb

Noyabr 09
16:29 2015

Türkiyənin Adana vilayətində polisin antiterror əməliyyatları çərçivəsində 38 xarici vətəndaş saxlanılıb.

“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, saxlanılan şəxslərin 14-ü Azərbaycan vətəndaşıdır.

İçərilərində 10 qadın və 15 uşağın olduğu dəstənin Türkiyədən Suriyaya keçərək İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istədiyi bildirilir.

Saxlanılanlar arasında 14 azərbaycanlı ilə yanaşı, 7 İndoneziya, 5 İraq, 5 Qırğızıstan, 2 Tacikistan, 1 İran və 1 Əfqanıstan vətəndaşı da var.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər