Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yəmən ordusunun son əməliyyatları

Oktyabr 07
18:43 2015

“Sələf Xəbər” anspress-ə istinadən xəbər verir ki, Yəməndə hökumət qüvvələri husi üsyançılarına qarşı əməliyyatlar keçiriblər.

Əməliyyatlar Əl-Tələl Həmrə şəhərində baş tutub. Hökumət qüvvələri üsyançıların nəzarəti altında olan həbsxananı azad ediblər. Döyüşlərdə üsyançılara qarşı iriçaplı silahlardan istifadə olunub.
Qarşıdurmalar əsasən dağlıq ərazilərdə gedib. Əməliyyatlara, eyni zamanda, Səudiyyə Ərəbistanı hərbi hava qüvvələrinə məxsus qırıcılar da dəstək veriblər.

Ötən gün Yəmənin baş naziri Xalid Bahaya qarşı təşkil olunmuş sui-qəsd cəhdinə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. Ədən şəhərində oteldə törədilən partlayış nəticəsində 15 hərbçi ölümüşdü. Lakin baş naziri hücumdan sağ xilas ola bilib.

Hadisənin partlayış olduğu bildirilsə də, Yəmən rəhbərliyi otelin, əslində, raket hücumuna məruz qaldığını iddia edir. Hadisədən bir qədər sonra paytaxt Sənada kamikadze məsciddə partlayış törədib. Nəticədə azı 7 nəfərin öldüyü bildirilir.

Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)

Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir, və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir, və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”

Beləliklə bu gənc ekstremist-xəvariclər güman edirlər ki, fəsad törədərək, onlar bununla sanki yer üzündə nizam qururlar. Belə ki, Uca Allah belə cinayətkarları Quranda belə yada salır: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə)

Uca Allahdan bütövlükdə müsəlman ümmətini, və, xüsusilə, bizim ölkəmizi, bütün ekstremistlərin şərindən qorumasını istəyirik. Amin!

Digər xəbərlər