Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Zakir Həsənov: “Biz elə ilk zərbədən düşməni məhv edəcəyik” – FOTO

Mart 24
13:04 2015

Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar.

“Sələf Xəbər”in Milli.Az-a istinadən məlumatına görə, Müdafiə nazirliyinin rəhbərliyi ön xətdə, düşmənlə bilavasitə üz-üzə səngərlərdəki bölmələrdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb, onların sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti ilə döyüş texnikalarının hazırlıq səviyyəsi, imkanları və tətbiqi ilə maraqlanıb. Hərbi qulluqçulara hədiyyələr verilib.

Müdafiə naziri Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb:

“Bilin ki, düşmən artıq təlaş içindədir. Biz onlara elə zərbələr endiririk ki, onlar qorxub qaçırlar. Cəbhədə xidmət etmək istəmirlər, səngərləri ataraq qaçırlar. Onlar mülki adamları postlara yerləşdirmək məcburiyyətindədirlər. Biz gərək işğalçıları öz torpaqlarımızdan qovaq. Biz buna qadirik və bunu edəcəyik.

Cənab Ali Baş Komandan ordumuzun gücləndirilməsi üçün əlindən gələn hər bir şeyi edir. Bizim xalqımız qəhrəman xalqdır, bizim igid övladlarımız var və biz öz torpaqlarımız uğrunda daha igidliklə, qəhrəmancasına döyüşməklə torpaqlarımızı azad etməliyik. Artıq həmin gün yaxınlaşıb. Silahlı Qüvvələrimiz günü-gündən möhkəmlənir, yeni silahlar, texnikalar alınır.

Mən açıq bəyan edirəm ki, biz elə ilk zərbədən onların 70 faizini məhv edəcəyik. Bizim o qədər silah və texnikamız var ki, ermənilərə zərbə endirsək yüz illərlə özlərinə gələ bilməyəcəklər. Nə qədər ki, gec deyil, ermənilər bunu anlamalı və torpaqlarımızı könüllü surətdə tərk etməlidirlər.

Silahlı Qüvvələrimizin hər bir hərbi qulluqçusu gecə və gündüz hər fürsətdən istifadə edərək düşməni məhv etməlidir. Düşmən işğal altında olan torpaqlarımızda rahat oturmamalıdır, daim qorxu içərisində yaşamalıdır. Torpaqlarımız azad edilməli, şəhidlərin qisası alınmalıdır.

Artıq məqam yetişibdir. Biz qısa müddətdə torpaqlarımızı azad edəcəyik. Möhtərəm Prezident dedi ki, biz tarixi torpaqlarımıza qayıdacağıq. Biz İrəvana, Zəngəzura, Şuşaya, Xankəndiyə qayıdacağıq. Bu mütləq olacaq və heç kim buna şübhə etməsin.
Arzu edirəm ki, hamımız birlikdə, yaxın vaxtda bu Qələbə Bayramını qeyd edək”.

📷

mn1 mn2 mn3 mn4 mn5 mn6 mn7 mn8

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)

“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur. Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər