Zaqatalada gənc oğlanın əllərinin kəsilməsi barədə rəsmi məlumat verildi
1. 001 dəfə baxılıb
Hadisənin təfərrüatları rəsmən açıqlanıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Zaqatalada gənc oğlanın əllərinin kəsilməsi hadisəsi ilə bağlı birgə məlumat yayıb.
“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, Baş Prokurorluğa istinadən xəbər verir ki, noyabrın 28-də Zaqatala rayon sakini Vüsal Bəşirovun həmkəndliləri tərəfindən qəsdən öldürülməsinə cəhd faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, cinayətin aləti olan balta maddi sübut kimi götürülüb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat hərəkətləri həyata keçirilib.
Müəyyən edilib ki, qeyd edilən tarixdə radikal dini təriqətlərdən birinə mənsub rayon sakinləri Rəşad Tahirov və Araz Musayev aralarında əldə olunmuş razılığa əsasən, həmyerliləri Vüsal Bəşirovu şəriət qanunları ilə cəzalandırmaq məqsədi ilə əvvəlcədən balta alıb ağzını itilədərək, özlərinə məxsus mağazada gizlədib, sonra onunla görüşüb kirayədə yaşadıqları evə aparıb, Araz Musayevə olan borcunu vaxtında qaytarmadığına görə döyüb, əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq tanışları Akif Mustafayevin idarə etdiyi minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən ərazisinə aparmaqla bir neçə saat qanunsuz azadlıqdan məhrum ediblər. İstintaq araşdırmaları ilə həmçinin R.Tahirovun qəsdən öldürmək məqsədi ilə V.Bəşirovun ayaqlarını tutması, A.Musayevin isə dizlərini onun çiyin nahiyəsinə qoyub özü ilə gətirdiyi balta ilə xüsusi amansızlıqla Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsməsi və qanitirmədən ölə biləcəyinə əmin olduqdan sonra zərərçəkmişi əlləri və ayaqları bağlı vəziyyətdə qoyaraq hadisə yerindən qaçmalarına dair kifayət qədər sübutlar toplanıb.
A.Musayev rayon Polis Şöbəsinə gedərək təslim olub, R.Tahirov və A.Mustafayev isə istintaqdan gizlənib. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Tahirov və A.Mustafayev də tutularaq istintaqa cəlb edilib.
R.Tahirova Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə), 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), A.Musayevə 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü maddələri, A.Mustafayevə isə 145.2.4-cü maddələri ilə ittiham elan edilərək barələrində rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Sələf Xəbər: Allah taala yolkəsən quldurları Allaha və Onun Peyğəmbərinə qarşı savaşanlar və yer üzündə fəsad törədənlər adlandırmışdır. Belələrinin cəzasını bu ayələrdə təyin etmiş və buyurmuşdur:
“Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir. Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir!” (əl-Maidə: 33-34).Soyğunçuluq və quldurluq cəmiyyətə qarşı ən təhlükəli cinayətdir. Gizli halda başqasının malını mənimsəmək oğurluq etmək səviyyəsindədir. Zinakarlığın da cəzası təyin edilmişdir. Qətlin cəzası da müəyyən edilmiş və bu məsələdə bağışlamaq qapısı da açılmışdır. Əgər cinayətkar zorla insanların malını mənimsəyir, zorla zinakarlıq edirsə (zorlayırsa), yaxud quldurluq edərək yol kəsir, qarşısına çıxanı öldürür, insanları silah gücü ilə vahiməyə salırsa, yer üzündə fitnə-fəsad törədirsə beləsinin cinayəti və cəzası da digər cinayətlərdən daha şiddətlidir. Ona görə də beləsinin cəzasının daha da şiddətli və qorxuducu olması hikmətə uyğundur.
Həmçinin soyğunçuluq hadisələrinin müxtəlif hallarda və formalarda baş verməsi ilə əlaqədar olaraq şəriət bu cinayət üçün dörd növ cəza tədbiri təyin etmiş və bu cəzaların tətbiqini hakimin və ya onun köməkçisinin öhdəsinə buraxmışdır. Belə halda onun cəzası etdiyi cinayətinin miqdarında, ədalətli və qorxuducu olur. Bu cəza nəticəsində cinayətlər azalır, günahkarlar cəzalandırılır, cəmiyyət gözəl və əmin-amanlıq şəraitində yaşayırlar.