Fəllucada 20 min uşaq təhlükədədir
1. 694 dəfə baxılıb
UNİCEF-in məlumatına əsasən, İŞİD terror xəvaric qruplaşmasının nəzarəti altında olan İraqın Fəlluca şəhərində 20 min uşağın həyatı təhlükədədir.
UNİCEF-in İraq üzrə təmsilçisi Peter Havkins bildirib ki, həmin uşaqlar İŞİD terror xəvaric qruplaşmasının yaraqlıları tərəfindən onların sıralarına qoşulmaq üçün zorakılıq və təhdidlərə məruz qalırlar.
Bağdad şəhərindən 60 kilometr aralıda yerləşən Fəllucada ərzaq, içməli su ehtiyatları tükənmək üzərədir. Bundan əlavə, şəhərdə dərman çatışmamazlığı olduğu da bildirilib.
Bu səbəbdən, UNİCEF bütün döyüşən tərəflərə səslənərək uşaqları münaqişə bölgələrindən daha təhlükəsiz bölgələrə çıxarmağa çağırıb.
Fəllucanın terrorçulardan azad edilməsi üçün əməliyyatlar İraq ordusu və koalisiya qüvvələri tərəfindən artıq bir həftədir ki, başlanılıb. Bu müddət ərzində hərbiçilər tərəfindən bir neçə yaşayış məntəqəsi azad edilməklə yanaşı, həmçinin Hacı Həmzə ləqəbi ilə tanınan İŞİD liderlərindən biri də öldürülüb.
Mənbə: İslam News
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! 9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).