Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

100-dən çox islam alimi İŞİD liderinə xitab etdi

Sentyabr 29
11:34 2014

“Sələf Xəbər” sondakika.com xəbər portalına istinadən xəbər verir ki, 126 islam aliminin imzası ilə İŞİD terror xəvaric qruplaşmasının lideri Bağdadiyə xitabən yayılan müraciətdə, İslam ümmətinin ittifaqı olmadan xilafət elan etməyin icazəli olmadığı ifadə edilib.

Müraciətə imza atanlardan biri, İordaniyalı vaiz Əli əl-Hələbi “AA” xəbər agentliyinin müxbirinə verdiyi açıqlamada, müraciətin müsəlmanların ən təbii hüquqlarını əhatə etdiyini, nəsihət məqsədilə və Allahın İŞİD terror xəvaric qruplaşmasının döyüşçülərini və ya onlardan birini hidayət etməsi ümidi ilə yazıldığını bildirib.

Səudiyyə Ərəbistanı, İordaniya, Fələstin, Misir, Tunis, İraq, Sudan, Yəmən, Türkiyə, İngiltərə, Fransa, ABŞ, İsveç, Bosniya və Herseqovina, İtaliya, Belçika, Bolqarıstan, Argentina, Kanada, Hindistan, Çin, Malayziya, İndoneziya və Nigeriyadan 126 islam aliminin imzaladığı müraciətdə bunlar qeyd edilib:
“İslamda günahsız insanı qətlə yetirmək, elçiləri və dolayısı ilə jurnalistləri öldürmək, küfrünü açıq şəkildə büruzə verməyənləri kafir hesab etmək, xristianlar və ya əhli-kitabla pis rəftar etmək və alimlərin ittifaqı ilə qaldırılmış köləliyi tətbiq etmək, insanlara zorla islamı qəbul elətdirmək, qadınları və uşaqlar hüquqlarından məhrum etmək, ölülərin meyitlərini eybəcər hala salmaq (hər hansı bir orqanını kəsmək və s.), işgəncə etmək, pis əməlləri Allaha isnad etmək, peyğəmbərlərin və səhabələrin məzarlarını dağıtmaq icazəli olmadığı kimi, islam ümmətinin ittifaqı olmadan xilafət elan etmək də icazəli deyil!”

 Sələf Xəbər: Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.

Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).

Digər xəbərlər