105 yaşlı qoca dağıntılar altından 8 gün sonra sağ tapılıb
May 04
15:02
2015
770 dəfə baxılıb
Xilasedicilər dəhşətli dağıdıcı zəlzələnin baş verdiyi Nepalda bu gün əsl möcüzə ilə üzləşib. Onlar öz evinin dağıntıları altında 8 gün ərzində qalan 105 yaşlı qoca kişini sağ taparaq xilas ediblər.
“Sələf Xəbər” Gün.Az-a istinadən xəbər verir ki, yerli polis Kimtanq kənd sakini Fançu Geyl adlı qocanın zəlzələ zamanı elə də ciddi xəsarət almadığını, amma dağıntılar altında 8 gün boyunca ac-susuz qaldığını bildirib. Qocanın yalnız əlləri ilə ayaqlarında yüngül sıyrıq və əziklər var. Onu hərbi vertolyotla fəlakət zonasından çıxararaq xəstəxanaya aparıblar.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz”. (Qurani-Kərim, “Təğabun” surəsi, 11-ci ayə)