Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

11 sentyabr qurbanlarının ailələri islamofobiya əleyhinə kampaniya keçirib

Sentyabr 11
20:25 2014

“Sələf Xəbər” Ummaİnfo-ya istinadən bildirir ki, 2001-ci il sentyabr ayının 11-də törədilmiş terror aktı zamanı həyatını itirmiş insanların yaxınları, cəmiyyətdə islamofobiyanın artması ilə bağlı dinlərarası dialoqun inkişafına yardım etmək məqsədilə yeni maarifçilik kampaniyası həyata keçirib.

“Dinc gələcək” layihəsinin direktoru, terror aktı zamanı doğma qardaşını itirmiş Terri Qrin “Huffington Post” qəzetinə verdiyi müsahibədə bildirib: “Biz insanlara çatdırmaq istəyirik ki, 11 sentyabr hadisələri zamanı həlak olmuş insanların ailə üzvləri qorxu və nifrət təbliğ etmək niyyətində deyillər. Biz hesab edirik ki, birlik və dinlərarası dözümlülük dinc gələcəyin açarıdır”.

Təşkilatın fəalları Nyu-York avtobuslarında “İslamofobiya – yaxşı iş deyil”, “Gəlin divarlar yox, körpülər quraq” və s. kimi sözlərdən ibarət sosial reklam yerləşdiriblər.

 Sələf Xəbər: XX-ci əsrin digər məşhur sünni ilahiyyatçısı, mərhum İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).

Digər xəbərlər