Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

138 İŞİD hədəfi vuruldu

Dekabr 12
17:48 2016

Türk Silahlı Qüvvələri (TSQ) tərəfindən 138 İŞİD hədəfi məhv edilib.

Selefxeber.az-ın məlumatına görə Axar.az xəbər verir ki, “Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl Bab bölgəsində tapılan 109 İŞİD hədəfi vurulub. 29 hədəf isə özüyeriyən artileriya qurğuları ilə məhv edilib.

Qeyd edək ki, əməliyyat zamanı Əl Bab bölgəsində onlarla bomba yüklənmiş avtomobil tapılıb.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:

“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər