Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

1400 nəfər əsir götürüldü – Azərbaycanlılar da var

Sentyabr 11
18:45 2017

İraq təhlükəsizlik qüvvələri Mosul yaxınlığında 1400 nəfəri əsir götürüb.

Selefxeber.az-ın məlumatına görə, “Teleqraf.com” xəbər verir ki, əsir götürülən şəxslər İŞİD terror təşkilatının döyüşçüləri və onların ailə üzvləridir.

Polisin məlumatına görə, onların arasında Türkiyə, Tacikistan, Azərbaycan və Rusiya vətəndaşları üstünlük təşkil edir.

Qeyd olunub ki, hazırda əsir götürülən şəxslərin həqiqi kimliklərinin araşdırılması prosesi gedir.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər