Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

20 avstraliyalı İŞİD terror xəvaric qruplaşmasının güdazına getdi

Dekabr 09
17:44 2014

“İraq Şam İslam Dövləti” (İŞİD) terror xəvaric qruplaşmasına qoşulan, təxminən 20 nəfər avstraliyalı Suriya və İraqda hərbi əməliyyatlar zamanı həlak olub.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Corc Brendis məlumat verib.

Brendis bildirib: “Hökumət, təxminən 20 avstraliyalının İraq və Suriyada münaqişə zamanı həlak olduğunu bilir. Bu say son həftə ərzində artıb. Bir neçə avstraliyalı hökumət qoşunları ilə toqquşmalarda həlak olub”.

Avstraliya hökumətinin məlumatına görə, təxminən 70 avstraliyalı İŞİD terror xəvaric qruplaşması sıralarına qoşulub.

 Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir.”

Digər xəbərlər