20 nəfər “Hudhud” qasırğasının qurbanı olub
859 dəfə baxılıb
“Sələf Xəbər”-in İTAR-TASS-a istinadən xəbərinə görə, Hindistanın cənub-şərqində və şərqində Andhra-Pradeş və Odişa ştatlarında bazar günündən bazar ertəsinə keçən gecə başlamış “Hudhud” qasırğası nəticəsində 24 nəfər ölüb.
“Hudhud” qasırğasının əsas gücü Andhra-Pradeş ştatının Visakhapatnam şəhərinə dəyib. 15 nəfərin öldüyü şəhərdə fırtınalı küləyin surəti 200 km/saata çatıb.
Təbii fəlakətlərə müqavimət milli qüvvələrinin nümayəndəsi S.S. Quleriyanın sözlərinə görə, bölgədə elektrik kəsilib, yollara aşmış ağaclara görə əsas yollarda nəqliyyatın hərəkəti dayandırılıb. Hindistanın baş naziri Narendra Modi bu gün fəlakət zonasına baş çəkəcək.
Qeyd edək ki, qasırğa xəbərdarlığı edildikdən sonra Andhra-Pradeş və Odişa ştatlarının rəhbərliyi 500 000 çox insanı təhlükəsiz rayonlara təxliyə edib.
“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.”
Müqəddəs Quran, “Rum” surəsi, 41-ci ayə