2015-ci il ildə Aralıq dənizində 3735 qaçqın məhv olub
717 dəfə baxılıb
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) 2015-ci ildə Avropaya qaçqın axınına dair hesabat yayıb.
Hesabatda yola salmaqda olduğumuz 2015-ci ildə əsasən Aralıq dənizi vasitəsilə 1 milyon 573 qaçqının Avropaya pənah apardığı qeyd edilib. Onlardan 800 min nəfəri Türkiyədən keçməklə, 150 min nəfəri isə Şimali Afrika sahillərindən dəniz yolu ilə Avropaya daxil olub. 34 mindən çox qaçqın isə quru yolu ilə Türkiyədən keçməklə Avropa ərazisinə keçib. Qaçqınların 84 faizi dünyanın böhranlı on ölkəsinin payına düşür. Əsasən İtaliya və Yunanıstan istiqamətində həyata keçirilən qorxulu dəniz səfərlərində 3735 nəfər həlak olub və ya itkin düşüb.
Həlak olanlarla bağlı danışan BMT QAK-ın Avropa Bürosunun direktoru Vinsent Koxetel deyib: “Təəssüf ki, 3700-dən artıq uşaq, qadın və kişi təhlükəli dəniz səfərindən sağ çıxmayıb və yeni başlanğıca olan ümidlər onlarla birlikdə məhv olub”. O, əlavə edib ki, əgər qaçqınların Avropaya gəlməsi üçün leqal yollar olsaydı, dənizdə batanların sayı daha az olardı.
Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)
Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Uca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir. Uca Allah buyurur: “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!” (Qurani-Kərim, “Mülk” surəsi, 1,2-ci ayələr)