2030-cu ilə Avropada 58 milyon müsəlman yaşayacaq
1. 186 dəfə baxılıb
2010-cu ildə Avropadakı müsəlmanların sayı 1990-cı ildəki 29,6 milyondan 44,1 milyon nəfərə yüksəlib. Ümumi əhali sayında müsəlmanların payı 4,1%-dən 6%-ə qədər yüksəlib, yəni 50 faizədək artıb, “Русская планета” xəbər verir.
Qərbi Avropada hazırda 15 milyona yaxın müsəlman yaşayır. Fransa siyahıya liderlik edir, ölkədə 4,7 milyon insan (əhalinin təxminən 7%-i) islam dininə etiqad edir. İkinci yerdə — Almaniyadır — 4,1 milyon (əhalinin 4%-i). Qərbi Avropanın “müsəlman” liderlər üçlüyünü Böyük Britaniya tamamlayır: burada 2,8 milyon müsəlman (əhalinin 4,5%-i) yaşayır. Ən müsəlman Qərbi Avropa ölkələrinin beşliyində həmçinin İtaliya (1,5 milyon — əhalinin 2,5%-i) və İspaniya (1 milyon — əhalinin 2,2%-i) var.
Avropada Rusiya, Bosniya və Herseqovina kimi ölkələr kənarda qalır, çünki burada tarixən böyük sayda müsəlmanlar yaşayır. Bosniyada müsəlmanlar əhalinin 40% təşkil edir — 1,2 milyon insan. Rusiyada 16 milyon müsəlman yaşayır — əhalinin demək olar 12%-i.
Sosioloqların proqnozları görə, Avropanın müsəlman əhalisi böyüyəcək. Lakin Avropa əhalisi tərkibində müsəlmanların payının artım templəri son 20 ildə müşahidə olunan artım sürətindən çoxda fərqlənməyəcək.
2030-cu ilə müsəlman əhalisi 58 milyonu keçəcək; Avropa əhalisinin sayında onun payı 8% təşkil edəcək. Artımın lideri Böyük Britaniya olacaq: təxmin edilir ki, 2030-cu ilə müsəlman əhalisi demək olar ikiqat — 2,8 milyon insandan 5,5 milyona qədər artacaq.
Lakin, Avropa müsəlmanlarının onların ümumi dünya sayında (2013-cü ildə – 1,6 milyard) payı 2030-cu ildə də dəyişməz qalacaq.
Tarixən yaşadıqları göstərilən ölkələrdən başqa Avropa müsəlmanlarının mənşəyi olduqca fərqlidir. Müsəlmanların miqrasiyasının ilk dalğası 1950-ci illərin ortasına təsadüf edib, və Fransa, Britaniya və Holland müstəmləkə imperiyalarının dağılması ilə bağlı olub. Fransa ilk olaraq Maqrib sakinləri; Böyük Britaniya — Pakistan sakinlərini; Hollandiya – indoneziyalıları qəbul edib.
Avropaya müsəlman miqrasiyasının ikinci dalğası 1960-cı illərdə Fransa və Əlcəzair, Almaniya və Türkiyə arasında ikitərəfli razılaşmalardan sonra başlayıb. Daha sonra Fransa ilə Benilüks ölkələri tərəfindən Mərakeş, Tunis və Türkiyə sakinlərinə fərdi əmək miqrasiyasına icazə verilib.
Müsəlmanların Qərbi Avropaya mühacirətinin üçüncü dalğası 1990-cı illərin əvvəlinə təsadüf edib. Bu əsasən Bosniyadan, Yaxın və Orta Şərq ölkələrindən qaçqınlar və siyasi sığınacaq axtaranlar idi. Onların böyük əksəriyyəti həmçinin Fransa, Böyük Britaniya və Almaniyaya meyl edirdi, lakin eləcə də yeni cazibə mərkəzi meydana çıxmışdı — Skandinaviya ölkələri.
Bu gün bəzi tədqiqatçılar dördüncü dalğa haqqında danışır, bu dalğaya karyera qurmaq niyyəti ilə Avropaya köçən müsəlman biznesmenləri və tələbələri daxildir. Həmçinin bu qrupa İslamı qəbul etmiş avropalılar (əksərən müsəlmanlarla ailə qurmuş qadınlar) aiddir.
“Bu Din, mütləq, gündüzlə gecənin bir-birini əvəzlədiyi hər yerdə yayılacaq. Allah şəhərlərdə, köçlərdə hər bir evə ya ucaltmaqla, və ya alçaltmaqla bu Dini gətirəcəkdir. Ucaltmaqla Allah İslamı ucaldır, alçaltmaqla isə küfrü alçaldır.” (Əhməd, şeyx Albani hədisi “səhih” olaraq təsnif etmişdir).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)