250 min əsgər qarşı-qarşıya – Bölgənin taleyini həll edəcək MÜHARİBƏ BAŞLAYIR
1. 543 dəfə baxılıb
İraq ordusu Şimali İraq kürd muxtariyyətinin nəzarəti altında olan Dayrabun və Bacid bölgələrində əməliyyata hazırlaşır.
Selefxeber.az-ın “Publika.az”a istinadən məlumatına görə, Haviceyi İŞİD xəvaric dəstələrindən təmizləyən 50 minlik İraq ordusu Ərbilin nəzarətindəki Mosul, Kərkük, Diyala, Dayrabun və Bacidə yönəlib.
İraq mərkəzi hökumətinin ultimatumunda sərhəd-keçid məntəqələri, neft yataqları və hava limanlarının təhvil verilməsi yer alıb. Habur sərhəd keçid məntəqəsini əvəz edəcək Ovaköy mövzusunda Türkiyə və İraq arasında razılaşma əldə edilib. Bu, kürd muxtariyyətinin can damarının kəsilməsi anlamına gəlir.
Yerli mənbələrə görə, 130 minlik Peşmərgə ilə İraq ordusunun qarşı-qarşıya gəlməsi an məsələsidir. Bölgədə 50 min nəfərlik qüvvə ilə əməliyyatlara davam edən İraqın bölgəyə daha 70 minlik güc göndərəcəyi bildirilir. Mərkəzi hökumətin ordusu ümumilikdə 220 min nəfərdən ibarətdir.
Mosul, Kərkük və Diyalada 1500-dən çox yaşayış məntəqəsini nəzarətində saxlayan Peşmərgə eyni zamanda, ölkənin ən əhəmiyyətli neft yataqlarını əlində saxlayır.
Kürd muxtariyyətinin Təhlükəsizlik Agentliyi İraq ordusunun Kərkük vilayətində əməliyyat keçirmək üçün hazırlaşdığını açıqlayıb.
“İraq gücləri, “Haşdi Şabi” və federal polis qüvvələrinin Kərkükün cənub və qərbi, həmçinin Mosulun şimalından hücuma keçəcəyinə dair mesajlar alırıq”, – Təhlükəsizlik Agentliyinin tvitter hesabında deyilir.
Kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin baş müşaviri Həmin Havrami rəsmi tvitter hesabında yazıb ki, hər hansı silahlı qarşıdurmaya görə İraqın Baş naziri Heydər əl-İbadi məsuliyyət daşıyacaq. Məlumata görə, Bərzani Peşmərgəyə “Döyüşə hazır olun!” təlimatı verib.