250 min insan dağılmış şəhərə axın etdi – FOTO
1. 096 dəfə baxılıb
9 ay davam edən hərbi əməliyyatlar nəticəsində İŞİD xəvaric terror təşkilatından azad edilən Mosulu əvvəlki vəziyyətinə qaytarmaq üçün hazırlıqlar davam edir.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bir tərəfdən evlərini tərk edənlərin geri qayıdışının önündəki maneələr qaldırılır, digər tərəfdən şəhərin yenidən abadlığı və təməl xidmətlərin görülməsi üçün işlər aparılır.
İŞİD xəvariclərindən təmizlənən Mosul şəhərinə qayıdanların sayı 250 mini keçib. Evlərini dağılmış halda tapan Mosul əhalisi şəhərin vətəndaşların geri qayıtması üçün hələ hazır olmadığı fikrindədir.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”