35 nəfəri girov götürən bu iranlıdır – FOTO
1. 293 dəfə baxılıb
Avstraliyanın paytaxtı Sidney şəhərində kafedə 35 nəfəri girov götürənlərin kimliyi bəlli olub.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, hadisəni Avstraliyaya 1996-ci ildə qaçqın qismində gələn 49 yaşlı İran mənşəli Man Harun Munis törədibmiş.
Bundan başqa, Man Harun Munisin peşəkar cani olduğu da bildirilir. Öz arvadını öldürdüyü üçün, həbs həyatı da yaşayıb.
Hadisə zamanı 2 nəfərin öldüyü və azı 3 nəfərin xəsarət aldığı qeyd olunur. Bəzi məlumatlarda Man Harun Munisin öldürüldüyü bildirilir.
Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.” (Qurani-Kərim, “Maidə” surəsi, 33-cü ayə).
“Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur. Onlar, sanki yolların arasını kəsirdilər və Uca Allah da bildirir ki, bunun əvəzi sadalanan cəzalardan biridir” (Bax “Təfsir Əs-Saadi”).