Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

7 ölkə Rusiyadan vətəndaşlara qarşı hücumların dərhal dayandırılmasını tələb etdi

Oktyabr 02
14:45 2015

Türkiyə, ABŞ, Almaniya, İngiltərə, Fransa, Qətər və Səudiyyə Ərəbistanı birgə bəyanat yayaraq Rusiyanın Suriya müxalifətinə və vətəndaşlara qarşı hücumlarının dərhal dayandılrılmasını tələb edib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, yayılan ortaq bəyanatda vətəndaşların hədəf alındığı deyilib:

“ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri olaraq Rusiya Federasiyasının Suriyadakı son hərbi fəaliyyətləri haqqında aşağıdakı bəyanatı veririk:

Rusiya Federasiyasının Suriyadakı hərbi qüvvələri və xüsusilə Rusiya Hərbi Hava Qüvvələri dünəndən bəri Həma, Xüms və İdlibdə vətəndaşların itkiləri ilə nəticələnən, İŞİD terror xəvaric qruplaşmasını hədəfə almayan hücumları baş verib. Gərginliyi artıran bu hərbi əməliyyatlar ifratçılığın və radikallığın daha çox körüklənməsindən başqa heç bir məqsədə xidmət etməyəcək. Vətəndaşalara qarşı hücumların dərhal dayandırılmasını və İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizə üçün addımlar atılmasını tələb edirik”.

Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?

Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.

Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)

Digər xəbərlər