Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

99 yaşlı qadın afrikalı qızlara paltar tikir

Avqust 28
14:54 2014

Oxu.Az Adme.ru-ya istinadən ABŞ-da yaşayan Lilian Veber adlı 99 yaşlı qadından yazır. O, kasıb rayonlardan olan balaca afrikalı qızlar üçün paltarlar tikir.

O, günə bir paltar olmaqla, artıq 840-dan çox paltar tikib, və öz 100 illik yubileyinə tikdiyi paltarların sayını 1000-ə çatdırmağı planlaşdırır.

Paltarlar standart tikilir, lakin onlardan heç-biri digərini təkrarlamır. Lilian tikdiyi hər bir paltara xüsusi görünüş verir ki, onun geyinən afrikalı qızlar geyimlərinin təkrarsız olduğunu görsün.

Digər xəbərlər