Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ Almaniyada atom bombası yerləşdirəcək

Sentyabr 26
16:33 2015

Amerika Birləşmiş Ştatları Almaniya ərazisində Atom bombası yerləşdirmək üçün 20-dək yeni gizli baza tikəcək.

“Sələf Xəbər” AzVision.az-a istinadən məlumat verir ki, bu, NATO-nun yeni nüvə strategiyasının Almaniyaya aid hissəsidir. Məlumatda deyilir ki, ABŞ hələ 1950-ci ildən bəri Almaniya Federativ Respublikası ərazisində bu işləri başladıb.

Almaniyanın Koblens və Trir şəhərlərində hərbi aviamərkəzin yerləşdiyi bilinir, lakin yeni iddiaya görə, həmin hava bazasında ABŞ-a məxsus nüvə silahı var. Bununla yanaşı, Vaşinqton Almaniyada 20-dək atom başlığının yerləşdirilə bilinəcəyi məxfi baza yaradacaq. Yeni məkanlardan birinin də “Rhaynland-Pfals” əyalətinin ola biləcəyi güman olunur.

Hərbi ekspertlərin rəyincə, Avropada yerləşdiriləcək yeni atom bombalarının partlayış gücü ABŞ-ın Hirosimaya atdığından 13 dəfə böyük olacaq.

Amerika 2020-ci ilə qədər Avropadakı atom silahı mərkəzləri üçün böyük həcmdə, yəni 350 milyard dollar vəsait xərcləyəcək. ABŞ konqresində 2014-cü ildə qəbul edilmiş qanunla Avropada yeni model “B61-12” GPR naviqasiya sistemi ilə təchiz edilmiş atom silahının yerləşdirilməsi qərara alınmışdı. Birləşmiş Ştatların Müdafiə nazirliyi təkcə bu yeniliyin 10 milyard dollara başa gələcəyini açıqlayıb.

“Almaniya Müdafiə nazirliyinin birbaşa Amerika ilə belə əməkdaşılıq müqaviləsi yoxdur. Bizim NATO birliyi çərçivəsində bu cür işbirliyimiz də şərtlərə ziddir, çünki ən azından hazırda həll olunmamış Ukrayna münaqişəsi var. Bizim yaşadığımız dünyanın hazırda qarşılıqlı köməyə ehtiyacı var”, – deyə almaniyalı hərbi ekspert Rayner Arnold məsələyə münasibət bildirib.

“Sipri sülh institutu” da qeyd edib ki, nüvə silahlarının təhlükəsi heç də sovuşmayıb. 5 ölkə nüvə başlıqlarından vaz keçməyi planlaşdırmır.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)

Digər xəbərlər