Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ BMT-də Qüdslə bağlı qətnaməyə veto qoydu

Dekabr 19
17:16 2017

ABŞ BMT Təhlükəsizlik Şurasının iclasında son 6 ildə ilk dəfə veto hüququndan istifadə edib.

Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən xəbərinə görə, xarici KİV xəbər verir ki, iclasda Misir tərəfindən hazırlanan Qüdsün İsrailin rəsmi paytaxtı kimi tanınması məsələsi müzakirə edilib.

Müzakirə nəticəsində bunun qanunsuz olduğu və ləğv edilməsinin vacibliyi vurğulanıb. 15 üzvdən 14-ü – İngiltərə, Fransa, Çin, Rusiya, Urugvay, Boliviya, Efiopiya, İtaliya, Yaponiya, Qazaxıstan, Seneqal, İsveç və Ukrayna qərarı dəstəkləyib. Lakin, ABŞ qətnamə ilə razılaşmayıb və veto qoyub.

Məsələnin BMT Baş Məclisinə ötürüldüyü açıqlanıb. Orada yenidən səsvermə keçiriləcək. Üçdə iki səs çoxluğu təmin edilərsə, qətnamə qəbul ediləcək.

Digər xəbərlər