Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ-da daha bir müsəlman qətlə yetirildi

Mart 07
20:54 2015

“Sələf Xəbər” Yenicag.az-a istinadən bildirir ki, hadisə Dallas şəhərində baş verib.

Belə ki, 36 yaşlı Əhməd əl-Cumayli ailəsi ilə birgə şəkil çəkərkən ona atəş açılıb. Ağır yaralanan Əhməd əl-Cumayli xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumatda deyilir ki, İraq vətəndaşı olan Əhməd əl-Cumayli 20 gün əvvəl ABŞ-a gəlib.

Onun qətlində şübhəli bilinən iki nəfərin axtarışına başlanılıb.

ABŞ-da yaşayan Müsəlman təşkilatları sözügedən ölümün arxasında dini motivin olub-olmamasını araşdırmaq üçün hüquq-mühafizə oraqnlarına müraciət ediblər.

Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımıza Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik.
Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)

Allah həlak olmuş müsəlmanlara rəhm etsin və cinayətkarları cəzalandırsın! Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər