Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ-da dustaq müsəlmanlara saqqal qadağası götürüldü

Yanvar 21
17:07 2015

ABŞ-ın Ali Məhkəməsi Arkanzas ştatında dustaq müsəlmana saqqal saxlamağa icazə verilməsi haqda yekdilliklə qərar qəbul edib.

“Sələf Xəbər”in Avropa.info-ya istinadən məlumatına görə, bu barədə “Associated Press”in xəbərində deyilir. Qərarda müsəlman məhkumun yarım dyüm (təxminən 1,3 sm) saqqal saxlaması mümkün sayılır.

Dustaq Qreqori Xoltun (həm də Əbdül Malik Məhəmməd kimi tanınır) işinə baxan 9 hakim ştatın saqqal qadağasını təhlükəsizlik motivi ilə əlaqələndirməsini ciddi dəlil saymayaraq rədd edib.

Prezident Obamanın administrasiyası, həmçinin, ABŞ-dakı dini təşkilatlar və ateistlər də Əbdül Malik Məhəmmədi müdafiə ediblər. Artıq 40-dan çox ştat məhkumların saqqal saxlamasına icazə verir.

 Sələf Xəbər: Uca Allah buyurur: “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.” (Qurani-Kərim, “Nəhl” surəsi, 125-ci ayə)

“Ey Məhəmməd! Əgər sən insanları, ya istər müsəlman, ya da kafir olsun, Rəbbinin düz yolu ilə getməyə çağırırsansa, onda faydalı biliklərə və saleh əməllərə istinad et. Sənin təbliğatın ibrətamiz olmalıdır, çünki sən hər bir şəxslə onun vəziyyətini, eşitdiyini qavramaq qabiliyyətini və haqqa sözü və əməli ilə tabe olmaq hazırlığını nəzərə alaraq söhbət etməlisən”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər