Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ-da insident – qaradərilinin ölümünə görə – FOTO

Aprel 28
19:56 2015

ABŞ-ın Merilend ştatının qubernatoru Lari Hoqan Baltimor şəhərində baş verən iğtişaşlarla əlaqədar fövqəladə vəziyyət rejimi elan edib.

“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, “Associated Press” agentliyinin verdiyi məlumata görə, ABŞ Milli Qvardiyası hazırlıq vəziyyətinə gətirilib.

Hazırda Baltimor şəhərində iğtişaşların davam etdiyi bildirilir. Etirazçılar avtomobilləri yandırır, soyğunçuluq halları müşahidə edilməkdədir.

Xatırladaq ki, aprelin 28-də ABŞ-ın Baltimor şəhərində polislə etirazçılar arasında toqquşmalar başlayıb. İnsidentə səbəb polis tərəfindən saxlanılan 25 yaşlı qaradərili Freddi Qreyin sonradan xəstəxanada ölməsi olub.

Son məlumata görə, ABŞ Prezidenti Barak Obama yaranmış vəziyyəti Baş prokuror Loretta Linç və Baltimor şəhərinin meri Stefani Rolinqs-Bleyki ilə müzakirə edib.

Baltimor şəhərində komendant saatı tətbiq edilib.

Bunu şəhərin meri Stefani Rolinqs-Bleyk bəyan edib.

Komendant saatı axşam saat 22:00-dan səhər saat 5-ə kimi bir həftə müddətində qüvvədə qalacaq.

[spacer style="2" icon="128247"]

1430154817_553defc6f118e_f_10

Sələf Xəbər: Uca Allah buyurur: “Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır!” (Qurani-Kərim, “Rum” surəsi, 22-ci ayə)

“Kainatda gizli qalan saysız-hesabsız nemətlər Rəbbin mərhəmətinə və alicənablığına dəlalət edir. Onun bəzi məxluqlarına üstün xüsusiyyətlər əta etməsi isə Onun iradə sahibi və istədiyini seçmək haqqına malik olmasına şəhadət verir. O (Pak və Müqəddəs Olan), təkbaşına bütün varlığı xəlq etmişdir və bu o deməkdir ki, yalnız O (Pak və Müqəddəs Olan), məxluqlarının ibadətinə layiqdir. Bütün bunlar – məntiqi dəlil və sübutlardır ki, Uca Allah insanların onların üzərində düşünmələrindən və özləri üçün faydalı nəticələr çıxarmalarından ötrü xatırlatmışdır.

Bu dəlillərdən biri də insanların dillərinin və dərilərinin rənglərinin müxtəlifliyidir. İnsan nəsli çox böyükdür, amma bütün insanlar bir adamın nəsilləridir və oxşar səs aparatına malikdirlər. Buna baxmayaraq, səsləri və dərilərinin rəngi tam eyni olan iki insanı tapmaq mümkün deyildir. Səsləri və dərilərinin rəng çalarları nə qədər oxşar olsa da, onların arasında həmişə bəzi fərqlər aşkar etmək olar. Həqiqətən də, bunda Allahın kamil qüdrəti və yenilməz iradəsinə şəhadət verən dəlillər vardır. Bununla yanaşı onlar Onun mərhəmətinə və Öz məxluqları haqqında qayğı göstərməsinə dəlalət edir. Rəbb bu müxtəlifliyi ona görə yaratmışdır ki, insanlar bir-birilərindən seçilsinlər və qarışıqlıq düşməsin. Əks halda, bəşəriyyət ən böyük nemətlərdən və imkanlardan məhrum olardı”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər