Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ da İslam artıq bu üsulla tanıdılacaq

İyun 19
18:45 2015

ABŞ-da İslam haqqında maarifləndirmə kampaniyası başlanılıb.

Ölkənin ən böyük müsəlman təşkilatlarından biri İslam dini haqqında maarifləndirmə və məlumatlandırma kampaniyasını başladıb.

“Sələf Xəbər”in Islamnews.ru-ya istinadən məlumatına görə, bunun üçün təşkilat ABŞ-ın müxtəlif şəhərlərində İslam dini və müsəlmanlar haqqında məlumatları əks etdirən bilbordlar yerləşdirib. Artıq yollarda fast food reklamları və yol təmiri ilə bağlı xəbərdarlıqlarla yanaşı avtomobil sürücüləri “Həyatdakı suallara cavab axtarırsınız? Muhammədlə tanış olun” sözləri yazılmış lövhələri görə biləcəklər. Bunlarla yanaşı, “Xeyirxahlıq imanın göstəricisidir”, “ Muhamməd sülhə, sosial ədalətə və qadın hüquqlarına inanırdı” sözləri yazılmış lövhələrə də rast gəlmək olur.

İslam haqqındakı bilbordların yerləşdirilməsinə Şimali Amerika İslam Dərnəyi (İCNA) təşkilatı sponsorluq edib və bütün ölkəyə 100 ədəd daha bu tipli lövhələr yerləşdirmək niyyətində olduğunu bildirib. Şimali Amerika İslam Dərnəyi (İCNA) təşkilatının baş katibinin müavini müsahibəsində deyib: “Biz düşündük ki, Muhammədin şəxsiyyəti, onun sevgi və qardaşlıq nümunəsi olması haqqında ictimaiyyəti maarifləndirmək üçün bu yaxşı bir üsuldur”.

Sələf Xəbər: Uca Allah buyurub: “De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”. (Müqəddəs Quran, “Yusuf” surəsi, 108-ci ayəsi).

“Ey Məhəmməd! İnsanlara xəbər ver ki, sənin yolun və sənin dinin şübhələr və tərəddüdlərlə bir araya sığışmayan elmə və möhkəm etiqada əsaslanır. Sən və sənin tərəfdarların insanları Allahın yoluna möhkəm etiqada müvafiq olaraq dəvət edirsiniz. Allah Müqəddəsdir və Onun Əzəmətinə və Kamilliyinə zidd olan hər şeydən Ucadır! Sən isə müşrik deyilsən, çünki, tək olan Allaha ixlasla ibadət edir və yalnız ona qulluq edirsən” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər