Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ-da məscidin qarşısında İslam əleyhinə aksiyalar başlayıb

May 30
15:03 2015

ABŞ-da anti-islam aksiyaları başlayıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, aksiyalar Arizona ştatının Finiks şəhərində məscidin qarşısında keçirilir.

Aksiya çərçivəsində Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) karikaturalarının sərgisi də açılıb.

Aksiyada 75 nəfərin iştirak etdiyi, onların bəzilərinin silahlı olduğu bildirilir. Polis məscid yerləşən ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib. Məscid qarşısına yığışan insanların sayı artmaqdadır.

Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı, məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.

Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs, niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?
Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd)
Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını istəyirik.

Digər xəbərlər