Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ-da müəllimə müsəlmanları müdafiə etdiyi üçün işdən qovulub

Fevral 09
16:48 2016

“Müsəlmanlar və xristianlar İbrahimin övladlarıdır” deyən amerikalı alim işdən uzaqlaşdırıldı.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, ABŞ-da yaşayan və universitetdə politologiyadan dərs deyən Larisia Havkins İslam haqqında söylədiyi sözlər səbəbilə işindən ayrılmaq məcburiyyətində qalıb.

Əldə olunan məlumata görə İllinois ştatında yerləşən Veaton kollecində çalışan Havkins keçən ilin sonunda öz səhifəsində müsəlmanlarla bağlı belə açıqlama vermişdi:

“Müsəlmanlar ilə din baxımından bir həmrəylik içindəyəm, çünki onlar mənim xristian olaraq bağlı olduğum kimi kitaba bağlı bir topluluqdur”.

Yevangelistlər tərəfindən maliyyələşdirilən Veaton kollecinin mətbuat bürosu tərəfindən verilən açıqlamada məktəb rəsmiləri ilə Havkinsin toplaşaraq ortaq bir məxrəcə gəldikləri bildirilir.

Qeyd edək ki, işindən uzaqlaşdırılan Havkins, həmçinin müsəlmanlara qarşı təzyiqlərə etiraz olaraq hicab taxmışdı.

Havkins bundan sonra “Xristianlar, müsəlmanlar və yəhudilər İbrahimin övladlarıdır” ifadəsində yer alan görüşlərinin arxasında dayandığını açıqlayıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər?” (Qurani-Kərim, “Bəqərə” surəsi, 130-cu ayə)

Uca Allah, həmçinin buyurur: “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 110-cu ayə)
“Allah-Təala bildirir ki, İslam milləti öz keyfiyyəti və xüsusiyyətlərinə görə bütün digər millətlərdən üstündür. Müsəlmanlar ən səmimi və xeyirxah insanlardır. Onlar yaxşılıq etməyi sevir, ətrafdakıları buna dəvət edir, onlara həqiqəti öyrədir, bəyənilən işlər görməyi məsləhət görür və onları qınanılan əməllərdən çəkindirirlər. Onlar nəinki insanlara kamilliyə nail olmağa kömək edir, öz imkanları daxilində onlara fayda verməyə səy göstərirlər, hətta özləri də, Allaha iman gətirərək və bu dinin vacib tələblərini yerinə yetirərək, kamilləşməyə nail olmağa çalışırlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər